Bank Of Baku

Böyük Britaniya hökuməti 16 ölkəyə birbaşa maliyyə yardımlarını dayandırır

Böyük Britaniya hökuməti 16 ölkəyə birbaşa maliyyə yardımlarını dayandırır
# 28 fevral 2011 08:07 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniya hökuməti 16 ölkəyə, o cümlədən Rusiya, Çin və İraqa birbaşa maliyyə yardımlarını dayandırmaq qərarına gəlib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bununla bağlı qərarın tam mətni bu həftə mətbuatda dəc olunacaq.

Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə naziri Endryu Mitçell isə bildirib ki, ölkə parlamenti digər ölkələrə ayrılan yardımların həcmini artırmağı planlaşdırır.

Qeyd edək ki, Britaniya hökuməti əsasən yoluxucu xəstəliklərin yayıldığı ölkələrə, məsələn, Qana və Əfqanıstana yardım edir. 2014-cü ildə hökumət yardımın 30%-ni qeyri-stabil və ərazisində müharibə gedən ölkələrə ayırmağı planlaşdırır.

Bir çox analitiklər isə Birləşmiş Krallığın hökumətini Londondan maliyyə yardımı alan əsas regiona - Hindistana maliyyə yardımını dayandırmağa çağırır. Onların fikrincə, Hindistan iqtisadiyyatının həcmi hər il orta hesabla 10% artır. Bu isə o deməkdir ki, Hindistanın Britaniyanın yardımına ehtiyacı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR