Bank Of Baku

Dünya Bankının mənzil-gərargahında Azərbaycan günləri keçiriləcək

Dünya Bankının mənzil-gərargahında Azərbaycan günləri keçiriləcək
# 28 fevral 2011 08:09 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

İki gün davam edəcək tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti Dünya Bankının, həmçinin, WBG-yə daxil olun Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) rəhbərliyi və departament müdirləri ilə görüşlər də keçirəcək: «Eyni zamanda, iki gün ərzində Azərbaycan haqqında təqdimatlar keçiriləcək, ölkə mədəniyyəti, o cümlədən xalçalar ekspozisiyası, musiqi, milli mətbəxt və s. nümayiş olunacaq».

Sözügedən tədbirdə Azərbaycanı Mərkəzi Bankın sədri Elman Rüstəmov, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və digər rəsmi şəxslər təmsil edəcəkləri gözlənilir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Hazırda Bankın Azərbaycanda 18 layihə üzrə aktiv portfeli 2,2 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR