Bank Of Baku

«Paşa Bank»ın əsas maliyyə göstəriciləri üzrə bu il əhəmiyyətli artım gözlənilir

«Paşa Bank»ın əsas maliyyə göstəriciləri üzrə bu il əhəmiyyətli artım gözlənilir
# 28 fevral 2011 08:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC 2011-ci ildə aktivlərini 24% artıraraq 630 mln. manata çatdırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «Paşa Bank»ın baş maliyyə inzibatçısı Şahin Məmmədov bildirib.

Ş.Məmmədovun sözlərinə görə, bu il ərzində aktivlərlə yanaşı bankın bir sıra digər maliyyə göstəriciləri üzrə də artım gözlənilir. Belə ki, 2011-ci ildə bankın depozit portfelinin 18% artaraq 400 mln. manata, ticarətin maliyyələşdirilməsi üzrə portfelinin 76% artaraq 65 mln. manata, korporativ müştərilərin maliyyələşdirilməsi portfelinin isə 310 mln. manata çatdırılması planlaşdırılır.

Ş.Məmmədov bildirib ki, bankın bu ilə proqnozlaşdırılan xalis mənfəəti ötən illə müqayisədə təxminən 30% artaraq 16 mln. manata çatacağı gözlənilir. «Bundan başqa, bu il bankın kapital adekvatlığı əmsalı 20-21% olacağı proqnozlaşdırılır. Həmçinin, ötən il ölkənin bank sektorunda «Paşa Bank»ın bazar payı 4% təşkil edib. Bu il isə bu göstəricini daha da artırmaq niyyətindəyik», - deyə Ş.Məmmədov qeyd edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» ASC 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivlərinin həcmi 509,074 mln. manat, depozit portfeli 388,601 mln. manat, kredit portfeli 194,860 mln. manat, məcmu kapitalı 132,284 mln. manat, o cümlədən nizamnamə kapitalı 115,4 mln. manat təşkil edib. Hazırda bankın 6 bankomatı və 56 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR