Dövlət naziri Zəfər Çağlayan: “Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 4-5 dəfə arta bilər” - MÜSAHİBƏ
- Ötən ilin martında Bakıya getmiş, iki qardaş ölkə arasındakı iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün yüksək səviyyədə görüşlər keçirmiş, oradakı Türkiyə iş adamlarını dinləmişdiniz. 90-cı illərin sonlarından 2000-ci illərin əvvəlinə doğru Azərbaycanın xarici ticarət dövriyyəsində Türkiyənin payının xeyli azaldığına şahid olmuşduq. Münasibətlərin bugünkü səviyyəsi barədə nə demək istərdiniz?
- Təəssüf ki, Azərbaycan ilə Türkiyə arasında olması lazım gələn ticari nöqtəyə gələ bilmirik. Hazırda Türkiyənin 300 mlrd. dollardan çox xarici ticarət dövriyyəsi var. Biz dünyanın bütün bölgələrinə 20 min növdən çox məhsul ixrac edirik. İxracatımızın 50%-i Avropa Birliyi ölkələrinədir. Biz önəmli bir yerdə olan ölkəyik: Qafqazın cənub-şərqində, Afrikanın şimalında, Orta Şərqin qərbində, Avropanın isə şərqində olan bir ölkəyik. Azərbaycanla ticarət dövriyyəmiz təxminən 2,5 mlrd. dollardır. Bu, iki ölkəyə, iki qardaşa yaraşan rəqəm deyil. Bu rəqəmlərin daha yüksək olması lazımdır və biz bunu rahat şəkildə yapa bilərik. Bu məsələ ilə bağlı hörmətli prezidentiniz İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşəndə bunu demişdim: Gürcüstanla Türkiyə arasında imzalanmış sərbəst ticarət sazişini Azərbaycanla da imzalayaq, bəzi məhsullarda bir-birimizə gömrük üstünlüyü verək, bu yolla ticarətimizin dövriyyəsini daha da artıraq. Azərbaycanlı qardaşlarımız Türkiyəyə sərmayə qoysunlar. Bir çox türk iş adamının Azərbaycanda investisiyası var, bunun daha da artmasını istəyirik. Biz həqiqətən bir millətik. Ancaq təəssüf ki, bir millət olmağın üstünlüklərini ticarətdə həyata keçirə bilmirik. Əgər lazımi addımları atsaq, hazırkı ticarət dövriyyəmizi 4-5 dəfə artırmaq çətin deyil. Azərbaycan da, Türkiyə də həm ixrac, həm də idxal edən ölkələrdir. Türkiyə dünyanın 16-cı böyük iqtisadiyyatına sahib bir ölkədir. Martın 16-da İstanbulda iş adamlarının forumunu keçirəcəyik. Oraya Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev də gəlir. Keçən il Bakıda eyni forumu keçirmişdik. İş adamları böyük maraq göstərmişdilər. Qəbul edilən qərarların sürətlə həyata keçirilməsi hər iki ölkənin mənafeyinə uyğun olacaq.
- Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin istənilən səviyyəyə çatdırılmasının önündə hansı əngəllər var?
- Biz Azərbaycana viza tətbiq etmirik. Hörmətli baş nazirimiz iki ölkə arasındakı viza rejiminin tamamilə ləğv edilməsini hərarətlə dəstəkləyir. Biz bunu dünyaya izah etməkdə çətinlik çəkirik. Hazırda Rusiya ilə də vizaları ləğv edirik. Artıq vətəndaşlarımız bir çox ölkəyə vizasız gedə bilir. Təkrar deyirəm: Azərbaycanla aramızda mövcud olan viza problemi ticarəti, turizmi, dostluq və qardaşlığı təəssüf ki, əngəlləyən xarakterdədir. Ona görə burada çox sürətli şəkildə vizanı ləğv etməyimiz, iş adamlarının önündəki əngəlləri aradan qaldırmağımız, gömrük sahəsindəki maneələri aradan qaldırmaq lazımdır: bu, ticarətimizi xeyli inkişaf etdirəcək. Prezident İlham Əliyevlə Bakıdakı görüşümüzdən sonra Naxçıvanla iqtisadi münasibətləri gücləndirməyi qərarlaşdırmışdıq. Yaxın keçmişdə bir çox iş adamını da heyətimizə daxil edərək Naxçıvana getdik. Oradakı görüşlərimizdə Gürcüstanı da ehtiva edəcək bir sərbəst ticarət zonası yaradılması məsələsini müzakirə etdik. Bu mövzuda irəliləyişə nail olmağımız lazımdır. Sərbəst ticarət sazişi barədə təklifimizi Bakıya çatdırmışıq. Biz bu məsələlərlə bağlı azərbaycanlı qardaşlarımızın konkret addımlar atmasını gözləyirik. Bunları həyata keçirsək, ticarət dövriyyəmiz də yüksələcək, bir-birimizlə daha çox qaynayıb-qarışacağıq.
- İnvestisiya sahəsində Türkiyənin azərbaycanlı sərmayədarlar üçün xüsusi təşviqləri varmı? Və ya Azərbaycan tərəfi Türkiyə iş adamlarına hansısa təşviqlər tanıyırmı?
- Türkiyənin çox önəmli sərmayə təşviqləri var. Azərbaycanda da müəyyən təşviqlər var. Əslində bu təşviqləri görməyən iş adamları başqa ölkəyə heç vaxt investisiya qoymaz. Bir kapitalistin bir yerə sərmayə qoyması üçün orada önəmli şərtlər görməsi lazımdır. Buraya sərmayə təşviqlərindən əlavə, keyfiyyətli kadr, xammal, mal ixrac edəcəyi bazarlara yaxınlıq və s. amillər daxildir. Burada sərmayə qoyulan ölkənin gömrük qaydaları son dərəcə önəmlidir. İş adamı enerjini ucuz əldə edərsə, ucuz iş qüvvəsi tapa bilərsə, gedib o ölkəyə sərmayə qoyur. Yoxsa hal-əhval tutmaq üçün heç kim başqa ölkəyə investisiya qoymaz. Ancaq söhbət Azərbaycandan gedəndə, mən bizim iş adamlarımızın böyük əksəriyyətinin qardaşlıq duyğusu, “Bir millət, iki dövlət” duyğusu içində Azərbaycana investisiya qoyduğunu bilirəm. Türkiyəyə sərmayə qoyulması məsələsində biz sərbəst bazar qaydalarına axıra qədər riayət edirik. Buraya investisiya qoyan hər hansı iş adamı öz gəlirini istədiyi vaxt istədiyi yerə göndərməkdə sərbəstdir. Türkiyədə bir gündə şirkət qurulur. Əgər bir azərbaycanlı qardaşımız Türkiyəyə investisiya qoyursa, burdan dünyanın bir çox yerinə gömrüklərdən azad şəkildə mal sata bilir. Türkiyə Avropa Birliyi ilə sərbəst gömrük sazişi imzalayıb və biz AB-nin 27 ölkəsinə gömrük vergisi olmadan mal satırıq. Azərbaycanlı qardaşım eyni malı o ölkələrə Azərbaycandan göndərmək istəyəndə gömrük vergiləri ödəmək məcburiyyətində qalır. Biz eyni zamanda Şimali Afrika və Orta Şərq ölkələrinə də gömrüksüz mal göndəririk. Amma Qarabağ məsələsi ədalətli şəkildə həll edilməyənə qədər Türkiyə Ermənistanla heç bir münasibət yaratmaz. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. İqtisadiyyatları sadəcə enerjiyə bağlı olan ölkələr dünyada enerji qiymətləri yüksələndə zəngin olur. Enerjinin qiyməti aşağı düşəndə isə o ölkələr kasıblaşırlar. Dünyada heç bir şeyin qiyməti daim yüksəlməz. Ürək stenoqramı kimi qiymətlər bir aşağıya, bir yuxarıya gedər. Ona görə də Azərbaycan iqtisadiyyatının daha çox inkişaf etməsi orada sənaye və ticarətin daha çox inkişaf etməsinə bağlıdır. Bu gün dünyada gəlirini böyük ölçüdə enerjidən əldə edən ölkələr sənaye sektorunun, xidmət sektorunun inkişafına diqqət yetirməsələr, ciddi problemlərlə qarşılaşa bilərlər. Bu nöqtədə turizmin önəmini vurğulamaq istərdim. Bir ölkənin ixracatçı ola bilməsi üçün bəzi sənaye və ticarət sahələrinə investisiya qoyması lazımdır. Biz Türkiyə olaraq axıra qədər hər şeyə hazırıq.
- Keçən ilin martında Bakıdakı türk iş adamları ilə görüşünüzdə onların bəzi sıxıntıları olduğuna dair xəbərlər çıxmışdı. O sıxıntılar aradan qaldırıldımı?
- Mən sizə bir sərmayədarın bir ölkəyə investisiya qoymasının səbəblərini dedim: bank sistemi liberaldırsa, bürokratik əngəllər olduqca azdırsa, təsirli bir ədliyyə sistemi varsa, iş adamları o ölkəyə investisiya qoyur. İş adamları beynəlxalq məhkəmələrdə öz haqlarını qoruya bilməlidirlər. Nə demək istədiyimi hər halda, anlayırsınız. Türkiyə Cümhuriyyəti 1923-cü ildə qurulub. 2003-cü ilə qədər ölkəmizə gələn ümumi əcnəbi sərmayənin miqdarı 14,5 mlrd. dollardır. AKP hökuməti gələndən sonra tam sərbəst bazar iqtisadiyyatı qaydaları tətbiq etməyə başladı və iqtisadi sabitlik əldə edildi. İstəyən şirkət gəlirini və sərmayəsini rahat şəkildə dünyaya göndərə bilir. Bunun sayəsində qlobal iqtisadi böhrana baxmayaraq, son 7 ildə bizim ölkəmizə 90 milyard dollar, yəni 7 ildə bizdən əvvəlki 80 ildəkindən 6 dəfə çox əcnəbi sərmayə gəlib. Bu sərmayənin 70%-i Avropadan gəlib. Avropalılar bizim islahatlarımıza önəm verməsəydilər, bura gəlməzdilər. Dünyadakı bütün ölkələrin əcnəbi sərmayəyə ehtiyacı var. Biz Azərbaycanın bölgədə güclü bir ölkə olmasını istəyirik. Bunun üçün Azərbaycan iqtisadiyyatının daha çox şaxələndirilməsi lazımdır.
Maliyyə
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
Xəbər Lenti
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Xankəndi sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Məhkəmə Ekspertizası Mərkəzi ilə AzTU arasında memorandum imzalanıb
Tramp: İranın nüvə materialını ələ keçirdikdən sonra məhv edəcəyik
ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edəcək
SOCAR-ın vitse-prezidenti: Yeni enerji tələbatı bizi qazdan elektrik istehsalı sahəsinə yönəldib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib
Tramp: İranla əlaqələr normallaşıb, Hörmüz boğazı açıq qalacaq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür- FOTO - YENİLƏNİB
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
Xırdalanda 3296 metrlik yeni kanalizasiya kollektoru inşa edilir
Bəzi rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Bakıda İİB Qrupunun İllik Toplantıları çərçivəsində İnvestisiya Perspektivləri Forumu keçirilir
FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirib - VİDEO
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Xalid Xalafalla: Halal iqtisadiyyatı investisiya, ticarət və davamlı inkişaf üçün böyük imkan yaradır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər
Nigeriyalı rəsmi: Halal iqtisadiyyat inkişaf etməkdə olan ölkələr üçün böyük transformasiya imkanı yaradır
Tunis Prezidenti Azərbaycan liderini təbrik edib
"Şımkent Beynəlxalq Terminalı"nın direktoru: Şımkent və Bakı reysi iki dövlət üçün mühümdür
Lavrov: Ukraynanın Aİ-yə daxil olması blokun dağılmasına gətirib çıxaracaq
FTB Ağ Evə dron hücumunun qarşısını alıb, 5 nəfər saxlanılıb
Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb
Məcnun Məmmədov: Azərbaycan halal məhsullar istehsalında regional liderə çevrilmək niyyətindədir
AZAL: Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq
Rayonlarda pensiyaların ödəniləcəyi tarix açıqlanıb
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb
Son 1 ildə Azərbaycanda internetin sürəti 16%, mobil internetin sürəti isə 31%-dək artıb
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Rusiya və Türkiyə XİN rəhbərləri Cənubi Qafqazı müzakirə edib
Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmə zalında həbs olunub
Hakan Fidan: Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişdən məmnunuq
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Gürcüstan Dəmir Yollarının keçmiş rəhbəri axtarışa verilib
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Tovuzda 22 yaşlı oğlan çayda batıb
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
Mikayıl Cabbarov: İslahatlar investisiya mühitini gücləndirib və qeyri-neft ixracını stimullaşdırıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
Mikayıl Cabbarov: Azərbaycanın investisiya perspektivləri üç strateji üstünlük üzərində formalaşır
Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili qaydaları təsdiq edilib
BMT Baş katibinin elçisi: Regional inteqrasiya ölkələrə problemləri birlikdə həll etməyə imkan verir
İdxalı və satışı ƏDV-dən azad edilən quşçuluq üçün avadanlıqların siyahısı təsdiqlənib
İssa Faye: Regional inteqrasiya inkişafın sürətləndirilməsi üçün praktik mexanizmdir
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Qubada regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB