Bank Of Baku

«Alfa Sığorta» nizamnamə kapitalını artırır

«Alfa Sığorta» nizamnamə kapitalını artırır
# 28 fevral 2011 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Alfa Sığorta» ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 500 ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolnuda «Texnika Kapital Menecment» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 48,4% artaraq 4,6 mln. manata çatacaq.

Qeyd edək ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 3,1 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR