Bank Of Baku

«Turanbank» yanvarda aktivlərini 18% artırıb

«Turanbank» yanvarda aktivlərini 18% artırıb
# 28 fevral 2011 13:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2011-ci il fevral ayının 1-nə 133,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 18,4% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, son bir ildə bankın kredit portfeli 33,6% artaraq 106,6 mln. manata, depozit portfeli 14,3% genişlənərək 45,7 mln. manata çatıb. Ötən ilin fevralın əvvəlinə nisbətən bankın məcmu kapitalı 15,8% artaraq 24 mln. manat, o cümlədən nizamnamə kapitalı 17,6% artaraq 20 mln. manat olub.

Qeyd edək ki, 2011-ci ilin yanvar ayı ərzində bankın ümumi gəlirləri 1,4 mln. manat təşkil edib, bu isə 2010-cu ilin analoji dövrü ilə müqayisədə 16,8% çoxdur. Bankın mənfəəti 0,340 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,51%) və 20 fiziki şəxs olan (78,49%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR