Bank Of Baku

«Paşa Bank» nizamnamə kapitalını artırır

«Paşa Bank» nizamnamə kapitalını artırır
# 01 mart 2011 11:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 12 347,47 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 123 474 700 manat təşkil edir. Emissiya «Paşa Bank»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 11 540,71 manat olan 10 min ədəd və ya 115 407 100 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 7% artaraq 123 474 700 manata çatacaq.

Xatırladaq ki, «Paşa Holding»ə daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 509,074 mln. manat, depozit portfeli 388,601 mln. manat, kredit portfeli 194,860 mln. manat, məcmu kapitalı 132,284 mln. manat, o cümlədən nizamnamə kapitalı 115,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR