Bank Of Baku

Ötən il Azərbaycanda regionların inkişafına 3,4 mlrd. dollar investisiya yatırılıb

Ötən il Azərbaycanda regionların inkişafına 3,4 mlrd. dollar investisiya yatırılıb
# 01 mart 2011 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan regionlarının inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, 2010-cu ildə ölkə regionlarının inkişafına 3,4 mlrd. dollar məbləğində investisiya yönəldilib ki, bu vəsaitlər hesabına yüzlərlə layihələr icra olunub.

Ş.Mustafayev bildirib ki, 2010-cu il Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilib, 635 km-dən çox yollar beynəlxalq standartlara uyğun tikilib və təmir olunub, o cümlədən Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 km-lik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil yolunda Şabran dairəvi yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu və digərləri istifadəyə verilib: «Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq dəniz limanı və Gəmiqayırma Zavodunun inşası ölkəmizin tranzit potensialının, ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edəcək».

Nazirin sözlərinə görə, 2010-cu il ərzində Ordubadda Biləv SES, Qəbələdə, Salyanda və Bakıda yeni yarımstansiyalar və yüksəkgərginlikli xətlər istifadəyə verilib, 4 kiçik SES-in təməli qoyulub, 5 elektrik stansiyasının tikintisi davam etdirilir.

«İl ərzində Dövlət Proqramı çərçivəsində regionlarda 3 770 km yeni qaz kəmərləri çəkilib, 500 km qaz xətti təmir-bərpa edilib, 49 yaşayış məntəqəsi qazla təchiz olunub», - deyə Ş.Mustafayev bildirib.

Nazir qeyd edib ki, əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində su təmizləyici qurğular quraşdırılması 300 min nəfərdən artıq əhalinin içməli su ilə təminatını yaxşılaşdırılıb, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib: «Suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yazşılışdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilir».

Ş.Mustafayev onu da vurğulayıb ki, 2010-cu ildə müasir turizm xidməti infrastrukturunun yaradılması istiqamətində də işlər davam etdirilib. Belə ki, 32-si regionlarda olmaqla 47 turizm obyektinin, o cümlədən Qusar rayonunda «Şahdağ» qış-yay turizm kompleksinin tikintisi aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR