Bank Of Baku

Azərbaycan bank sistemi üzrə məcmu aktivlər azalıb

Azərbaycan bank sistemi üzrə məcmu aktivlər azalıb
# 01 mart 2011 13:52 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə bank aktivlərinin həcmi 1 546,49 mln. manat və ya 13,4% artıb, 2011-ci ilin əvvəlinə nisbətən isə 156,93 mln. manat və ya 1,2% azalıb:




Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi fevralın 1-nə 8 569,41 mln. manat (xüsusi çəkisi 65,25%), müxbir hesabları 1 226,27 mln. manat (9,34%), investisiyalar 1 094,85 mln. manat (8,34%), nağd vəsaitlər 534,25 mln. manat (4,07%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 505,17 mln. manat (3,85%), digər aktivlər isə 1 203,92 mln. manat (9,17%) təşkil edib.

Aktivlərin azalması əsasən müxbir hesablarındakı vəsaitlərin azalması nəticəsində baş verib. Belə ki, bu göstərici ay ərzində 281,7 mln. manat azalıb, bu da məcmu azalmadan 1,8 dəfə çoxdur. Eyni zamanda, aktivlərin digər komponentləri üzrə artım müşahidə olunub ki, nəticədə müxbir hesablarının azalması tarazlaşdırılıb.

Kommersiya banklarının passivlərinin strukturunda 83,40% və ya 10 953,36 mln. manat öhdəliklərin payına düşür. Öhdəliklərin tərkibində depozitlər 4 938,78 mln. manat, maliyyə sektorundan alınmış kredit və depozitlər 5 187,25 mln. manat, digər öhdəliklər isə 827,33 mln. manat təşkil edib.

Bankların məcmu kapitalı 2011-ci ilin fevralın 1-nə 2 180,51 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR