Bank Of Baku

«Access Bank» nizamnamə kapitalını artırır

«Access Bank» nizamnamə kapitalını artırır
# 01 mart 2011 14:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Access Bank» QSC-nin adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3,39 manat, sayı 20 mln. ədəd, emissiyanın ümumi həcmi isə 67,8 mln. manat təşkil edir. Emissiya «Access Bank»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 2,09 manat olan 20 mln. ədəd və ya ümumi 41,8 mln. manatlıq) adi adlı sənədli səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 62,2% artaraq 67,8 mln. manata çatacaq.

«Access Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.

Cari ilin yanvarın 1-nə bankın aktivlərinin həcmi 373,020 mln. manat, depozit portfeli 86,803 mln. manat, kredit portfeli 271,821 mln. manat, məcmu kapitalı 83,746 mln. manat, o cümlədən nizamnamə kapitalı 41,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR