Bank Of Baku

Azərbaycan bank sistemində depozitlərin həcmi azalır

Azərbaycan bank sistemində depozitlərin həcmi azalır
# 01 mart 2011 14:11 (UTC +04:00)
Eyni zamanda, yanvar ayında məcmu depozitlərin azalması 267 mln. manat və ya 4,9% təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, depozitlərin tərkibində ev təsərrüfatlarının depozitləri (əhalinin əmanətləri) 3 072,1 mln. manata, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 2 109,7 mln. manata bərabərdir. Beləliklə, depozitlərin strukturunda fiziki şəxslərin əmanətlərinin xüsusi çəkisi 59,3%-ə çatıb.

Qeyd edək ki, depozitlərin azalması yalnız hüquqi şəxslərin depozitlərinin azalması hesabına baş verib. Belə ki, ev təsərrüfatları üzrə depozitlər yanvarda 42,3 mln. manat və ya 1,4% artıb, hüquqi şəxslərin depozitləri isə 309,3 mln. manat və ya 12,8% azalıb. Eyni zamanda, bu göstəricilər üzrə illik artım templəri müvafiq olaraq 28,8% və 1,6%-ə bərabərdir.

Fiziki və hüquqi şəxslərin depozitləri üzrə artım templərində bu cür natarazlıq, yanvarda isə onlar üzrə dinamikanın tam fərqli olmasının əsas səbəbi bank kreditləşməsində problemlərin davam etməsi ilə bağlıdır. Belə ki, artıq iki ilə yaxındır ki, Azərbaycanda bank kreditləşməsində ciddi çətinliklər yaranıb, banklar kreditlər üzrə tələblərini kəskin sərtləşdirib, ümumiyyətlə kreditləşməyə meyl göstərmir. Bu vəziyyət istehlak kreditləşməsi ilə yanaşı biznes kreditləşməsində də müşahidə olunur. Nəticədə, sahibkarlar öz depozitlərindən istifadə etmək məcburiyyətində qalır ki, bu da depozitlərin azalmasına səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR