Bank Of Baku

«Texnikabank» sabahdan əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Texnikabank» sabahdan əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 01 mart 2011 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 2-dən Azərbaycanın «Texnikabank» ASC-nin yeni səhm emissiyasının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 11 070 ədəd, emissiyanın ümumi həcmi isə 11,070 mln. manat təşkil edir.

«Texnikabank»ın səhmlərinin yerləşdirilməsində andderayter rolunda «Texnika Kapital Menecment» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək və uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 20,6% artaraq 64,755 mln. manata çatacaq.

Qeyd edək ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Bu ilin fevralın 1-nə bankın aktivlərinin həcmi 496,880 mln. manat, depozit portfeli 247,061 mln. manat, kredit portfeli 368,085 mln. manat, məcmu kapitalı 64,545 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,685 mln. manat təşkil edib.

Xatırladaq ki, «Texnikabank» ASC-nin adi adlı sənədsiz səhmləri 2009-cu ilin sonunda BFB-də birinci səviyyəli listinqə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR