Bank Of Baku

«Unibank» 8 Mart bayramı ilə əlaqədar hədiyyə aksiyası keçirir

«Unibank» 8 Mart bayramı ilə əlaqədar hədiyyə aksiyası keçirir
# 01 mart 2011 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Unibank» ASC 8 Mart Beynəlxalq qadınlar günü ilə bağlı bayram aksiyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, martın 8-dək bankın xidmət şəbəkəsində «Al Kart» və ya «Al Kredit» alan xanımlardan hər beşincisinə «Mobitel» zəmanətli «Nokia 7100» və ya «Nokia 2700» mobil telefonları hədiyyə ediləcək. Bu zaman adı çəkilən kreditlərin rəsmiləşdirilməsi proseduru da tam sadə olacaq. Belə ki, «Al Kart» və «Al Kredit»ın cəlb olunması, təsdiqlənmiş aylıq gəlirləri müvafiq olaraq 200 manat və 85 manat təşkil edən müştərilər üçün də mümkün olacaq.
Eyni zamanda, 2000 manata qədər kreditlərin verilməsi üçün Bank tərəfindən zamin və girov tələbi tətbiq olunmur. Kredit cəlb edən müştərilərin ardıcıllığı, o cümlədən hədiyyə alanların təyin olunması «Unibank»ın proqram təminatı vasitəsilə kreditin cəlb olunma tarixi və vaxtı üzrə aparılır. Qaliblər mərkəzləşdirilmiş qaydada bankın bütün xidmət şəbəkəsi üzrə müəyyən edilir.
Qeyd edək ki, bayram aksiyasının şərtləri bankın əməkdaşlarına şamil olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR