Bank Of Baku

Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 1,4 mlrd. dollara çatıb

Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 1,4 mlrd. dollara çatıb
# 01 mart 2011 15:59 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Ötən ilin 11 ayı ərzində Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi böhrana qədərki 200 mln. dolları keçərək 1,4 mlrd. dollara çatıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Dikusarov keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya səfərini şərh edən A.Dikusarov deyib ki, tərəflər ikitərəfli münasibətlərin səviyyəsini müzakirə ediblər: “Xüsusən enerji sektorunda əməkdaşlığın dinamik inkişafını, o cümlədən Ukraynanın neft emalı zavodlarına Azərbaycan neftinin nəqlinin həcminin artdığını qeyd ediblər”.

XİN sözçüsünün dediyinə görə, 2010-cu ildə Ukraynanın Kremençuq neft emalı zavoduna 1,6 mln. ton Azərbaycan nefti nəql olunub, Odessa-Brodl neft kəməri avers rejimində işə başlayıb: “Bu kəmər Qərbi Ukraynanın neft emalı zavodlarına ildə 3 mln. ton, Belarusun neft emalı zavodlarına isə 8-12 mln. ton neftin nəqlini təmin edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR