Bank Of Baku

Avropa İttifaqının nümayəndə heyəti Azərbaycan Hesablama Palatasının sədri ilə görüşüb

Avropa İttifaqının nümayəndə heyəti Azərbaycan Hesablama Palatasının sədri ilə görüşüb
# 19 may 2011 08:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobianı və Aİ-nin Bakıda səfərdə olan nümayəndə heyətini qəbul edib.

APA-Economics”in məlumatına görə, nümayəndə heyətinin üzvü, Avropa Komissiyasının İnkişaf və Əməkdaşlıq üzrə Baş Direktorluğunun əməkdaşı A.Fontana dövlət maliyyə idarəçiliyi sahəsində islahatların genişləndirilməsi və daha intensiv aparılması üçün Azərbaycanın müvafiq dövlət qurumları ilə birlikdə həyata keçirmək niyyətində olduqları yeni proqramın əsas komponentləri barədə məlumat verib. Həmin komponentlərdən biri kimi Hesablama Palatasının dövlət maliyyəsinin idarə edilməsi sistemindəki mühüm rolu xüsusilə qeyd olunub.

Palatanın işi barədə məlumat verən H.Əsədov qarşıya qoyulmuş hədəflər, daxili və kənar auditin əhatə dairəsi və funksiyalarını müəyyən etməklə dövlət maliyyə nəzarətinin vahid qanunverici bazasının yaradılması üçün tədbirlərin görüldüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR