Bank Of Baku

BVF rəhbəri postunu ilk dəfə olaraq qadın tuta bilər

BVF rəhbəri postunu ilk dəfə olaraq qadın tuta bilər
# 19 may 2011 09:26 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Qəzetin yazdığına görə, Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun da bu BVF rəhbərliyinə iddialı olub, lakin hazırkı baş nazir Devid Kemeron bunun əleyhinə olduğunu onun nəzərinə çatdırıb.

Dünya siyasətinin yazılmamış qaydalarına əsasən BVF rəhbəri avropalı, Dünya Bankının başçısı isə amerikalı olmalıdır. Kristin Laqard bu posta seçilə bilsə, BVF-nin ilk qadın rəhbəri olacaq.

Qeyd edək ki, BVF-nin icraçı direktoru Dominik Stross-Kan bu gün istefa verib. O, mayın 14-də Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. 62 yaşlı Stross-Kan qaldığı “Sofitel” hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. Qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs olunub.

Dominik Stross-Kan 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində ən şanslı namizədlərdən sayılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR