Bank Of Baku

“VTB Azərbaycan” bankının depozit portfeli kəskin azalıb

“VTB Azərbaycan” bankının depozit portfeli kəskin azalıb
# 19 may 2011 13:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Rusiyanın «VTB Group»una daxil olan “VTB Azərbaycan” ASC-nin kredit portfelinin həcmi bu ilin aprel ayının 1-nə 15,710 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 57,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditləri son bir ildə 17,8% azalaraq 5,615 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 2 dəfə artaraq 6,404 mln. manat, istehlak kreditləri 30 dəfə artaraq 5,841 mln. manat, həmçinin bankın öz proqramı vasitəsilə verdiyi ipoteka kreditlərinin həcmi 2 dəfə azalaraq 96 min manat təşkil edib. Bankın vaxtı keçmiş kreditlərinin həcmi isə 3,681 mln. manata çatıb.

Bu müddət ərzində bankın depozit portfeli 47% azalaraq 3,884 mln. manat, o cümlədən müddətli depozitlər 2,4 dəfə azalaraq 2,828 mln. manat, tələb olunanadək depozitlər 2,1 dəfə artaraq 1,046 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 6,3 dəfə azalaraq 686 min manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən “VTB Azərbaycan” ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR