Bank Of Baku

«NBC Bank» «SMS Xәbәrdarlıq» xidmətini tətbiq edib

«NBC Bank» «SMS Xәbәrdarlıq» xidmətini tətbiq edib
# 19 may 2011 14:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «NBC Bank» ASC müştərilər üçün «SMS Xәbәrdarlıq» xidmətini tətbiq edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmәt vasitәsilә bankın plastik kart müştəriləri hesabındakı bütün әmәliyyatlar barәdә real vaxt rejimindә xәbәrdar edilirlər.

Müştəri hesabına pul vəsaiti qoyduğu, yaxud hesabından ödəniş etdiyi zaman mobil telefonuna əməliyyat haqqında məlumat verən SMS göndərilir. Xidmətin istənilən mobil nömrəsinə qoşulma imkanı, uğursuz əməliyyatlar haqqında xəbərdarlıq, hər SMS-ə görə mobil nömrənizin balansından pul tutulmaması, mobil nömrəsinin balansı bağlı olduqda belə SMS-lə kart haqqında məlumat ala bilmə imkanı bu xidmətinin üstünlüklərindəndir.

Bankdan bildirib ki, xidmәtә qoşulmaq üçün «Azercell», «Bakcell», «Nar Mobile» və ya «Azerfon-Vodafone» nömrәsinә sahib olmaq vә «AzeriCard» Prosesinq Mərkəzinə aid olan bankomata (və ya NBCBank filialına) yaxınlaşmaq kifayәtdir.

Xatırladaq ki, «NBCBank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR