Bank Of Baku

İyunda Ümumdünya Bank Sammiti keçiriləcək

İyunda Ümumdünya Bank Sammiti keçiriləcək
# 20 may 2011 07:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu il iyun ayının 29-30-da Londonda Ümumdünya Bank Sammiti keçiriləcək. «APA-Economics»in məlumatına görə, dünyanın aparıcı maliyyə tətqiqatlar təşkilatlarından biri olan «Lafferty Group» tərəfindən təşkil olunan bu forumun əsas məqsədi son bir neçə il ərzində maliyyə bazarlarında və bank sahəsində baş verən dəyişikliklər, yeni çağırışlar və tənzimləyici orqanlarla banklar arasında münasibətlərin müzakirəsidir.

Həmçinin, tədbirdə son zamanlar maliyyə sahəsində Şərqin rolunun artması, Şərqdə artan iqtisadi güc və bununla bağlı dünya maliyyə bazarlarında baş verən dəyişikliklər müzakirə predmeti olacaq. Bundan başqa, Bazel III qaydaları forumun gündəliyinə daxil edilib. Əlavə olaraq sammitdə Asiya, Yaxın Şərq, Cənubi Amerika və Afrikanın sürətlə artan iqtisadiyyatları və bununla bağlı proseslər diqqət mərkəzində olacaq.

Sammitdə dünyanın aparıcı maliyyə qurumları iştirak edəcək. Bunların sırasında «Bank of England», «BNP Paribas», «Standard Bank Group», «Barclays», «Royal Bank of Scotland», «Citigroup», «Deutsche Bundesbank» və digər iri maliyyə qurumlarının nümayəndələri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR