Bank Of Baku

«Deka Bank» yanvar-aprel aylarında 1,8 mln. manat mənfəət əldə edib

«Deka Bank» yanvar-aprel aylarında 1,8 mln. manat mənfəət əldə edib
# 20 may 2011 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin mayın 1-nə 42,564 mln. manat təşkil edib ki, bu da car ilin əvvəlinə olan göstəriciyə nisbətən 3,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 41% azalaraq 10,152 mln. manat, o cümlədən əhalinin əmanətləri 19% azalaraq 9,181 mln. manat olub. Həmçinin, bankın kredit portfeli 0,6% azalaraq 38,393 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 62% artaraq 18,338 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 11% artaraq 15,637 mln. manat, o cümlədən nizamnamə kapitalı 7,9% artaraq 13,417 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında bankın əldə etdiyi gəlirlər 2,988 mln. manat, xərcləri isə 1,179 mln. manat təşkil edib. Nəticədə, bankın balans mənfəəti 1,809 mln. manat olub.

Xatırladaq ki, «Deka Bank» ASC 1992-cu ildə fəaliyyətə başlayıb. Cari ilin aprelin 1-nə bankın 7 filialı, 1 bankomatı, 16 POS-terminalı və 91 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR