Bank Of Baku

Dünya Bankı: Azərbaycanda pensiya islahatlarının növbəti mərhələyə keçməsi vaxtı çatıb

Dünya Bankı: Azərbaycanda pensiya islahatlarının növbəti mərhələyə keçməsi vaxtı çatıb
# 20 may 2011 09:25 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA-Economics. Azərbaycanda pensiya islahatlarının növbəti elementi - yığım sisteminin tətbiqinə başlamaq vaxtı çatıb. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Dünya Bankının Azərbaycanda pensiya islahatlarının aparılması üzrə missiyasının rəhbəri xanım Anitta Şvartz bildirib.

Öz növbəsində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, ilkin olaraq könüllü ödəmələr hesabına yığım sisteminin tətbiqinə başlamaq və bundan sonra ikinci elementə keçmək olar: «Bu gün Fonda ödənilən 25%-in müəyyən hissəsi, yəni 2-3% və ya 5%-i yığım sisteminə yönəltmək olar. Bu da o deməkdir ki, həmin faizlərə düşən məbləğdə Fondun gəlirləri azalacaq. Həmin gəlirlərin hansı vəsaitlər hesabına ödənilməsi məsələsi hələ də açıqdır. Hələlik qeyri-leqal gəlirlər, qeydiyyatdan kənar çalışanların sayı çoxdur və əmək haqlarının leqallaşması problemi hələ də qalmaqdadır».

DSMF sədrinin sözlərinə görə, bu məsələlər həll olunandan sonra ikinci mərhələdən danışmaq olar. İslahatların üçüncü mərhələsi isə, yəni özəl pensiya fondlarının yaradılması üçün əsas məsələ qanunvericilik bazasının yaradılmasıdır. Yalnız bundan sonra özəl fondlar təsis oluna bilər. Hazırda DSMF tərəfindən bu sahədə xarici təcrübə öyrənilir. Artıq bununla bağlı Türkiyə, Polşa və Almaniya təcrübəsi öyrənilib və yaxın vaxtlarda Qazaxıstan təcrübəsi öyrəniləcək. Bundan sonra milli qanunvericilik bazasının hazırlanmasına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR