Bank Of Baku

Azərbaycan Praqada keçirilən mikro-maliyyə konfransında iştirak edib

Azərbaycan Praqada keçirilən mikro-maliyyə konfransında iştirak edib
# 21 may 2011 10:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu ilin may ayının 18-20-də Polşa Mikromaliyyə Mərkəzinin təşkilatçılığı ilə Praqada (Çexiya) keçirilən beynəlxalq mikro-maliyyə konfransında iştirak edib. Bu barədə «APA-Economics»ə AMA-dan bildirib.

Məlumatda bildirilir ki, «Mikro-maliyyədə balanslaşdırılmış inkişafa doğru» mövzusuna həsr olunmuş beynəlxalq tədbirə 27 ölkənin nümayəndələri qatılıb.

Qeyd edək ki, tədbirin ikinci günündə (mayın 19-da) AMA-nın icraçı direktoru Jalə Hacıyeva mikro-maliyyə sahəsində artıq borclanma ilə bağlı geniş təqdimatla çıxış edib.

Xatırladaq ki, AMA 2006-cı ildən Polşa Mikromaliyyə Mərkəzinin üzvü olub, 2008-ci ildən isə J.Hacıyeva Mərkəzin Direktorlar Şurasının üzvüdür.

AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR