Azərbaycanın 2010-cu il dövlət büdcəsinin icrası parlamentin komitəsində müzakirə olunub
Belə ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 11 402,5 mln. manat, xərcləri isə 11 766,0 mln. manat təşkil edib. Ötən il üçün dövlət büdcəsinin gəlirləri 11 505,0 mln. manat, xərcləri isə 12 275,3 mln. manat həcmində proqnozlaşdırılırdı. Göründüyü kimi, proqnoz gəlirlər üzrə 0,9%, xərclər üzrə isə 4,1% kəsirlə icra olunub.
Ötən il büdcə gəlirlərinin 4 292,8 mln. manatı (və ya proqnozdan 4% az) Vergilər Nazirliyi, 1 101,7 mln. manatı (+0,2%) Dövlət Gömrük Komitəsi (DGK), 5,4 mln. manatı (+8%) Əmlak Məsələləri Dövlət Komitəsi, 5 915,0 mln. manatı (proqnoza tam uyğun) Dövlət Neft Fondu (ARDNF) tərəfindən, 87,6 mln. manatı isə (5,8 dəfə çox) sair gəlirlər hesabına daxil olub. Eyni zamanda, ötən il ərzində Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 2009-cu ilə nisbətən 4,4%, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 8%, ARDNF üzrə 20,3% artıb, DGK üzrə 1%, sair gəlirlər isə 51,3% azalıb.
Xərclərə gəldikdə isə, 2010-cu ildə dövlət büdcəsindən 794,3 mln. manat (proqnozdan 17,9% az) ümumi dövlət xidmətlərinə, 1 185,2 mln. manat (-1,7%) müdafiə, 668,5 mln. manat (-6,2%) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq, 1 181,4 mln. manat (-4,8%) təhsil, 429,4 mln. manat (-11,6%) səhiyyə, 1 123,0 mln. manat (-1,7%) sosial müdafiə və sosial təminat, 168,4 mln. manat (-2,4%) mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət, 199,9 mln. manat (-0,6%) mənzil və kommunal təsərrüfatı, 372,1 mln. manat (-2,5%) kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf münitin mühafizəsi, 4 147,0 mln. manat (-0,6%) sənaye, tikinti və faydalı qazıntılar, 55,1 mln. manat (-26,1%) nəqliyyat və rabitə sahələrinə, 115,9 mln. manat (-7,3%) iqtisadi fəaliyyət, 1 325,8 mln. manat isə (-4,9%) əsas bölmələrə aid edilməyən xidmətlərə sərf olunub.
Müzakilərdə iştirak edən Hesablama Palatasının sədri Heydər Əsədov ötən ilki büdcənin icrasını müsbət qiymətləndirib.
Komitənin iclasında 2010-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi parlamentin plenar iclasında müzakirələr üçün tövsiyə olunub.
Maliyyə
İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya təhvil verilib
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir
Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamə verilməsi üçün rüsum müəyyənləşir
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək
Xəbər Lenti
Xankəndi və Ağdərəyə növbəti köç olub, açarlar təqdim edilib- YENİLƏNİB-2
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşib
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO
Rəşad Mahmudov xaricdə tibb təhsili almış şəxslərin diplomlarının tanınmasındakı çətinliklərdən şikayətlənib
İranda yol qəzasında 5 nəfər ölüb
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya təhvil verilib
Katz Suriyanın "Hizbullah"la mübarizəsindən danışıb: Colani İsrailin işinə qarışmamalıdır
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir
PUA-ların dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək
Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamə verilməsi üçün rüsum müəyyənləşir
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq
Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq
Azərbaycanda avtonom gəminin istismarının əsasları müəyyənləşir
Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb
İsrail Livanı bombalayıb, 18 nəfər ölüb
Sabah 39 dərəcə isti olacaq
“Hizbullah” İsrail tankını dronla vurub, batalyon komandiri və daha 3 hərbçi ölüb
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
İcra başçısı: Şəmkirdə aqrar sahədə ciddi irəliləyiş əldə olunub
Ağdamda avtomobil 4 piyadanı vurub - YENİLƏNİB
Sədr müavini: Aqrar sahədə Dövlət Proqramının icrası üçün Qazax-Tovuz iqtisadi rayonunda geniş imkanlar var
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub
ADSEA: Aqrar sahənin dayanıqlı inkişafı üçün etibarlı su təminatı həlledici əhəmiyyət daşıyır
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib
Zaqatalada qətl törədilib - YENİLƏNİB
Azərbaycanda sümük iliyi donor bankının yaradılması təklif olunub
Bakıda piyada və yeraltı keçidlərdən istifadə ilə bağlı tədbirlər keçirilib - VİDEO
Azərbaycan 61 mln. dollara yaxın Gürcüstan məhsulu tədarük edib
Karapetyanın bloku seçkilərin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib
Ölkədə 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının 20 faiz artırılması hədəflənib
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirib - VİDEO
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
İlhamə Qədimova: Məhsulu beynəlxalq bazarların standartlarına uyğun təqdim etməliyik
Kənd təsərrüfatında pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək
Gürcüstan Azərbaycandan idxalı 25%-ə yaxın artırıb
Azərbaycanla Ekvador qarşılıqlı diplomatik və xidməti pasport sahiblərini viza tələbindən azad edir
Məhkəmə Ekspertizası Mərkəzi ilə AzMİU arasında memorandum imzalanıb
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək