Bank Of Baku

«ABB-Moskva» Rusiya banklarının reytinqində yüksək yer tutub

«ABB-Moskva» Rusiya banklarının reytinqində yüksək yer tutub
# 24 may 2011 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiyanın «RosBiznesKonsaltinq» (RBC) agentliyi tərəfindən ölkə banklarının 2011-ci ilin I rübün göstəriciləri üzrə tərtib olunan reytinqdə «Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») bankı xalis aktivlər üzrə reytinqdə 141-ci yeri tutub. Bu barədə «APA-Economics»ə «ABB-Moskva» bankının Rusiya paytaxtındakı baş ofisindən məlumat verilib.

Bundan başqa, «ABB-Moskva» kredit portfeli üzrə reytinqdə 142-ci, depozit portfeli üzrə reytinqdə 214-cü, likvid aktivlər üzrə reytinqdə 141-ci, balans mənfəəti üzrə reytinqdə isə 203-cü yeri tutub.

Qeyd edək ki, 2011-i il aprelin 1-nə Bankın xalis aktivləri 17 925,72 mln. rubl (633,4 mln. dollar), kredit portfeli 7 714,70 mln. rubl (272,6 mln. dollar), depozit portfeli 5 629,09 mln. rubl (198,9 mln. dollar), likvid aktivləri 810,94 mln. rubl (28,7 mln. dollar), balans mənfəəti isə 38,28 mln. rubl (1,353 mln. dollar) təşkil edib.

Qeyd edək ki, RBC-nın reytinqləri Rusiyanın 500 ən iri bankı üzrə hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR