Bank Of Baku

Yaponiyada ticarət balansının kəsiri 5,5 mlrd. dolları keçib

Yaponiyada ticarət balansının kəsiri 5,5 mlrd. dolları keçib
# 25 may 2011 07:26 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin aprel ayında Yaponiyanın ticarət balansının kəsiri 463,69 mlrd. yen (5,65 mlrd. dollar) təşkil edib. “APA-Economics”in xəbərinə görə, bir il əvvəl bu göstərici 729,2 mlrd. yen (8,9 mlrd. dollar) olub.

Yaponiya hökumətinin İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun yaydığı açıqlamada bildirilir ki, apreldə Yaponiyadan ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% azalaraq 5,155 trln. yenə (62,8 mlrd. dollara) enib, ölkəyə idxalın həcmi isə 8,9% artaraq 5,619 trln. yenə (68,6 mlrd. dollara) yüksəlib.

Qeyd edək ki, Yaponiya iqtisadiyyatına bu il martın 11-də baş verən 9,1 bal gücündə zəlzələ böyük zərər vurub. Zəlzələ və ondan sonra baş verən sunami nəticəsində 15 min nəfər həlak olub, 9 min nəfər itkin düşüb. Yaponiya hökuməti ölkəyə dəyən zərərin həcmini 300 mlrd. dollar həcmində qiymətləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR