Bank Of Baku

Avropada investisiya yatırmaq üçün ən yaxşı ölkə Almaniyadır

Avropada investisiya yatırmaq üçün ən yaxşı ölkə Almaniyadır
# 31 may 2011 14:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İnvestisiya cəlbediciliyi baxımından Avropada Almaniyanın rəqibi yoxdur. “APA-Economics”in xəbərinə görə, bu, “Ernst & Young” auditor şirkətinin 800-dən artıq beynəlxalq menecer arasında apardığı sorğuda məlum olub.

Almaniyanın investisiya cəlbediciliyini artıran cəhətləri inkişaf etmiş infrastrukturu, sosial mühiti, həyat səviyyəsi və əməkdaşlarının səviyyəsidir.

Bununla yanaşı, Almaniya investisiya cəlbediciliyinə görə dünyada yalnız 5-ci yeri tutur. Sorğu göstərib ki, investorlar üçün ən cəlbedici ölkələr Çin, Hindistan, ABŞ və Braziliyadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR