Bank Of Baku

Gələn ay «Rabitəbank»ın Müşahidə Şurasının iclası keçiriləcək

Gələn ay «Rabitəbank»ın Müşahidə Şurasının iclası keçiriləcək
# 31 may 2011 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin Müşahidə Şurasının növbəti iclası iyun ayının sonunda keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.

E.Qədimovun sözlərinə görə, iclasda bankın 2010-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti, bankın Audit Komitəsinin hesabatı, 2010-cu maliyyə ili üzrə balans mənfəəti və zərəri haqqında hesabatın təsdiqi, həmçinin bankın Müşahidə Şurası və İdarə Heyətinin tərkibinin təsdiqi məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 123,062 mln. manat, kredit portfeli 85,652 mln. manat, depozit portfeli 70,412 mln. manat, məcmu kapitalı 14,112 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,103 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR