Bank Of Baku

“Bank of Azerbaijan” müştərilər üçün “Client Care” xidmətinin tətbiqinə başlayıb

“Bank of Azerbaijan” müştərilər üçün “Client Care” xidmətinin tətbiqinə başlayıb
# 31 may 2011 15:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Bank of Azerbaijan” ASC xidmət səviyyəsini yaxşılaşdırmaq və “Müştərilərə xidmət göstərilməsinə yeni yanaşma”nın inkişaf etdirilməsi məqsədilə yeni “Client Care” xidmətini tətbiq edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni tətbiq olunan xidmətə əsasən bankın hər bir müştərisi, istənilən arzu, təklif və şikayətlə xüsusi (055) 3333 - 175 nömrəsinə müraciət edib və ya [email protected] elektron ünvanına məktub göndərə bilər.

Eyni zamanda bankın internet səhifəsində yerləşən “Təkliflər və İradlar qutusu” vasitəsilə hər vətəndaş istənilən müraciətini, təklifini və ya şikayətini (http://www.bank.az/PrivateOffers.aspx) yazıb banka göndərə bilər. Müştərinin arzusu, təklifi və ya şikayəti 24 saat ərzində bankın mütəxəssisləri və rəhbərliyi tərəfindən nəzərdən keçirilərək cavablandırılacaq.

Yeni xidmət ilk növbədə bu və ya digər səbəbdən bankda xidmətin səviyyəsindən narazı qalan şəxslər üçün nəzərdə tutulub.
Xatırladaq ki, “Bank of Azerbaijan” ASC-nin 2009-cu ildən 175 nömrəli “Məlumat Mərkəzi” fəaliyyət göstərir. Hər bir müştəri həmin nömrə vasitəsilə bank ilə əlaqə yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR