Bank Of Baku

Nazir Samir Şərifov: «Azərbaycan dövlət büdcəsinin artırılması müəyyən inflyasiya riskləri yaradır»

Nazir Samir Şərifov: «Azərbaycan dövlət büdcəsinin artırılması müəyyən inflyasiya riskləri yaradır»
# 01 iyun 2011 06:42 (UTC +04:00)
Bunu «APA-Economics»ə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək ki, inflyasiyanın səviyyəsinin yüksək olmasın: «Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyinin birgə səyləri nəticəsində inflyasiya meyillərini, inflyasiyanı cilovalamaq istiqamətində əməli tədbirlər keçirəcəyik ki, inflyasiyanın səviyyəsi yüksək olmasın».

Qeyd edək ki, 2011-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda inflyasiyanın səviyyəsi 9% təşkil edib.

Mayın 27-də parlament tərəfindən qəbul olunan 2011-ci il dövlət büdcəsinə dəyişiklərə əsasən, gəlirlər 29% və ya 15 554,2 mln. manata qədər, xərclər isə 25% və ya 15 941,2 mln. manatadək artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR