Bank Of Baku

Samir Şərifov: «Azərbaycanda büdcənin icrasında şəffaflığın təmin edilməsi üçün yeni qurumun yaradılmasına ehtiyac yoxdur»

Samir Şərifov: «Azərbaycanda büdcənin icrasında şəffaflığın təmin edilməsi üçün yeni qurumun yaradılmasına ehtiyac yoxdur»
# 01 iyun 2011 07:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan dövlət büdcəsinin icrasında şəffaflığın təmin edilməsi üçün Maliyyə Nazirliyinin nəzdində xüsusi qurumun yaradılmasına ehtiyac yoxdur. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Builki dövlət büdcəsinə dəyişiklərin qəbul edildiyini və bəzi xərclər maddələrinin artırıldığını bildirən nazir qeyd edib ki, xərclər əsasən sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək: «Əlavə xərclər əsasən pensiya islahatlarının maliyyələşdirilməsinə yönəldiləcək ki, nəticədə pensiyalar artırılacaq. Eyni zamanda, büdcə təşkilatlarında çalışanların əmək haqları, sosial müavinət və ödənişlər artırılacaq. Bunun şəffaflığını təmin etmək üçün Maliyyə Nazirliyinin nəzdində xüsusi qurumun yaradılmasına ehtiyac yoxdur».

S.Şərifovun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun nəzdində büdcə şəffaflığı məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatı fəaliyyət göstərir ki, onlar büdcə şəffaflığı indeksini hesablayırlar: «Əvvəllər Azərbaycanın bununla bağlı indeks göstəricisi aşağı olub, son zamanlar isə biz xeyli irəliləyişə nail olmuşuq. Belə ki, əgər əvvəllər indeks 30 təşkil edirdisə, hazırda bu göstərici 43-ə barəbərdir. Güman edirəm ki, Azərbaycan hökuməti tərəfindən görülən bir sıra tədbirlər nəticəsində sözügedən indeks bir qədər də yüksələcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR