Bank Of Baku

«Bank Standard»ın «Kartla ödə, «iPhone 4» qazan!» aksiyasının qalibləri iyunun 10-da müəyyənləşəcək

«Bank Standard»ın «Kartla ödə, «iPhone 4» qazan!» aksiyasının qalibləri iyunun 10-da müəyyənləşəcək
# 01 iyun 2011 08:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC tərəfindən keçirilən «Kartla ödə, «iPhone 4» qazan!» aksiyasının qalibləri iyunun 10-da müəyyənləşəcək. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin martın 1-dən mayın 31-dək keçirilən aksiya «Bank Standard» tərəfindən buraxılmış bütün kart sahiblərini əhatə edib.

Bu müddət ərzində bankın müştəriləri öz kartlarından istifadə edib POS-terminal, bankomat (ATM), «Mobile Banking» xidməti vasitəsilə, habelə internet vasitəsilə ödənilmiş məbləğlərin hər 50 şərti vahidi (manat, dollar, funt və avro) müqabilində bir lotereya şansı əldə ediblər. İyun ayının 10-da «Bank Standard»ın baş ofisində keçiriləcək aksiyanın lotereya tirajının uduş fondunu 10 ədəd «iPhone 4G» mobil telefonu təşkil edir.

Qeyd edək ki, kart sahiblərinin adları gizliliyi təmin etmək məqsədilə siyahılarda göstərilməyəcək. Siyahıda sıra nömrələri, 16 rəqəmli kart nömrələrinin ilk və son dörd rəqəmi (1-4-cü və 13-16-cı), habelə hər kart üzrə toplanmış lotereya lotlarının (şanslarının) ümumi sayı yer alacaq. Hər iştirakçı ona verilmiş lotereya nömrəsini (siyahıdakı sıra nömrəsi) və topladığı lotereya lotlarının ümumi sayını kartının nömrəsi ilə müəyyən edəcək.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 67 bankomatı, 420 POS-terminalı və 437 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR