Bank Of Baku

Nümayəndələr Palatası ABŞ-ın dövlət borcunun limitinin artırılması təklifini rədd edib

Nümayəndələr Palatası ABŞ-ın dövlət borcunun limitinin artırılması təklifini rədd edib
# 01 iyun 2011 08:21 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət borcunun limitinin 2,4 trln. dollar artırılması təklifini rədd edib. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, qərarın lehinə 97, əleyhinə 318 deputat səs verib.

Maraqlıdır ki, qərarın əleyhinə səs verənlərin əksəriyyəti respublikaçı deputatlar olub. Halbuki bir müddət əvvəl analoji təkliflə özləri çıxış ediblər. Demokratlar isə onları demaqogiyada və ölkənin kredit reytinqi ilə oynamaqda ittiham ediblər.

ABŞ-ın maliyyə naziri Timoti Qaytner bəyan edib ki, ölkənin dövlət borcunun limitinin artırılması məsələsi avqustun 2-nə qədər həll olunmalıdır. Əks halda, ABŞ öz öhdəliklərini yerinə yetirməyə, bu isə yeni iqtisadi böhrana və hətta uzunmüddətli depressiyaya gətirib çıxara bilər.

Qeyd edək ki, hazırda ABŞ-ın dövlət borcunun limiti 14,29 trln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR