Bank Of Baku

«Bank of Baku» kredit borclarının on-line ödənişi xidmətini təqdim edib

«Bank of Baku» kredit borclarının on-line ödənişi xidmətini təqdim edib
# 01 iyun 2011 09:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC müştərilərə kredit borclarının on-line ödəniş xidmətini təqdim edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank bu dəfə də müştərilərin vaxtına qənaət etmək məqsədilə rahat və etibarlı ödəniş üsulunu hazırlayıb.

Belə ki, yeni xidmətdən istifadə etmək üçün banka gəlməyə heç bir ehtiyac olmayacaq, sadəcə internet vasitəsi ilə https://www.e-bankofbaku.com/creditpayment.jsp on-line kredit ödənişi səhifəsinə daxil olub hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini, kredit kart məlumatlarını, ödəniləcək məbləği və təhlükəsizlik kodunu qeyd etmək lazımdır. Bu məlumatlar yerləşdirildikdən sonra sistem kart məlumatlarının doğruluğunu yoxlayıb ödənişi həyata keçirməyə cəhd göstərir. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır. Diqqəti cəlb etmək üçün səhvlər qırmızı rəngli paneldə, sorğu uğurla keçərsə, nəticə yaşıl rəngli paneldə əks olunur. Qeyd edək ki, ödənişlər zamanı müştəridən heç bir əlavə komisyon haqq tutulmur.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 16 filialı, 25 bankomatı, 181 POS-terminalı və 500 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR