Bank Of Baku

Belarus Beynəlxalq Valyuta Fondundan kredit istəyir

Belarus Beynəlxalq Valyuta Fondundan kredit istəyir
# 01 iyun 2011 10:08 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus hökuməti və Milli Bankı Beynəlxalq Valyuta Fonduna (BVF) stabilləşdirici kredit ayrılması xahişi ilə müraciət edib.

APA-Economics”in xəbərinə görə, bu barədə hökumətin yaydığı açıqlamada bildirilir. İstənilən kreditin məbləği barədə açıqlama verilmir.

Hazırda Belarus “EvrAzES” fondu ilə 3 mlrd. dollar kredit ayrılması barədə danışıqlar aparır. Kreditin böyük hissəsinin Rusiya tərəfindən veriləcəyi gözlənilir. Yekun qərar fondun iyunun 4-də keçiriləcək Şura iclasında qəbul olunacaq.

Bununla belə, Rusiya kredit ayırmaq üçün iki şərt irəli sürür: Belarusda Rusiya KİV-nin fəaliyyətinin məhdudlaşdırılmaması və irimiqyaslı özəlləşdirmənin həyata keçirilməsi.

Bu gün Minskə BVF-nin missiyasının səfəri gözlənilir. İyunun 13-dək davam edəcək səfər zamanı missiya Belarus iqtisadiyyatının vəziyyətini qiymətləndirəcək.

Qeyd edək ki, bu il Belarus iqtisadiyyatı valyuta çatışmazlığı səbəbindən ciddi böhranla üzləşib. Nəticədə hökumət devalvasiya həyata keçirmək məcburiyyətində qalıb. Hökumətin proqnozuna əsasən, ilin sonuna ölkədə inflyasiya 39% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR