Bank Of Baku

Tacikistanda orta aylıq əmək haqqı 100 dolları keçib

Tacikistanda orta aylıq əmək haqqı 100 dolları keçib
# 01 iyun 2011 12:19 (UTC +04:00)
Bakı - APA-Economics. Tacikistanda orta aylıq əmək haqqı ilk dəfə olaraq 100 dolları keçib. “APA-Economics”in “AsiaPlus”a istinadən xəbərinə görə, bu barədə Tacikistan prezidenti yanında Statistika Agentliyi məlumat yayıb.

Bu ilin mart ayında respublikada orta aylıq əmək haqqı 427 somon (103 dollar) təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çoxdur.

Hazırda tacik məmurunun orta aylıq əmək haqqı 500 somon (111 dollar) təşkil edir. Ölkədə minimal əmək haqqı isə postsovet məkanında ən aşağı göstəricidir - 80 somon (18 dollar). Müqayisə üçün qeyd edək ki, bu ilin mart ayında Qırğızıstanda orta aylıq əmək haqqı 158 dollar, Özbəkistanda 326 dollar, Qazaxıstanda 600 dollar olub.

Tacikistan Mərkəzi Asiya regionunun ən kasıb ölkəsidir. Vətəndaşların gəlirlərinin böyük hissəsini Rusiya və Qazaxıstanda işləyən miqrantların köçürmələri təşkil edir. Ölkə ÜDM-in səviyyəsinə görə dünyada 132-ci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR