Bank Of Baku

«Günaybank» son bir ildə aktivlərini 10% artırıb

«Günaybank» son bir ildə aktivlərini 10% artırıb
# 01 iyun 2011 14:00 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günaybank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 36,398 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 5% azalaraq 8,784 mln. manata, kredit portfeli 3,7% artaraq 29,576 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 20% artaraq 28,851 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın məcmu kapitalı 7,2% azalaraq 14,558 mln. manat, o cümlədən nizamnamə kapitalı 20% artaraq 13,024 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 3,4 dəfə artaraq 1,710 mln. manat, xərcləri isə 22,2% azalaraq 515 min manat təşkil edib. Nəticədə, bu ilin I rübündə bankın mənfəəti 1,195 mln. manat olub. Ötən ilin yanvar-mart aylarını isə bank 151 min manat zərərlə başa vurub.

Həmçinin, bankın cəmi müştərilərinin sayı 8,7% artaraq 2 633-ə çatıb, işçilərin sayı (39 nəfər) və orta aylıq əmək haqqı (300 manat) isə sabit qalıb.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 1 filialı, 1 bankomatı və 1 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR