Bank Of Baku

Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin vergi ekspertlərinin 7-ci İllik Avrasiya seminarı keçirilir

Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin vergi ekspertlərinin 7-ci İllik Avrasiya seminarı keçirilir
# 02 iyun 2011 08:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (İTİC) vergi ekspertlərinin 7-ci İllik Avrasiya seminarı işə başlayıb.

APA-Economics”in xəbərinə görə, seminarın məqsədi beynəlxalq miqyasda vergi siyasəti və vergi inzibatçılığına məsul olan şəxsləri, dövlət və hökumət rəsmilərini, qanunverici şəxsləri, investorları və müstəqil vergi ekspertlərini bir araya gətirməkdir.

Tədbir İTİC-in “insanları və resursları birləşdirmə” missiyasına uyğun olaraq keçirilən regional konfranslarından biridir. Əvvəlki illərdə seminar Asiya və Avropa qitələrinin aparıcı ölkələrinin paytaxtlarında - Paris, Sinqapur, Dubay, Moskva və Astanada təşkil olunub. Bu cür regional tədbirlər əsasən vergi məsələləri ilə əlaqədar fəaliyyət göstərən dövlət və hökumət nümayəndələri, həmçinin müstəqil ekspertlər arasında fikir mübadiləsi aparmaq baxımından çox faydalıdır.

Seminarda vergi siyasətinə dair müxtəlif məsələlərin, xüsusən investorların dövlətdəki maraqlarının balanslaşdırılması üçün həyata keçirilən vergi siyasəti, vergi auditi və mübahisələrinin həllində inkişaf məsələləri, maliyyə sahəsində regional strukturların fəaliyyəti və s.-in müzakirə edilməsi nəzərdə tutulub.

Tədbirdə Avrasiya İqtisadi Birliyinin, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Türkmənistanın nümayəndə heyətləri, Azərbaycanın dövlət və hökumət nümayəndələri, müstəqil auditor təşkilatlarının təmsilçiləri iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR