Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının artması iki əsas səbəblə bağlıdır. Belə ki, AMB-nin valyuta ehtiyatlarının fiziki həcminin artımı ilə yanaşı ilin əvvəlindən avronun dollara qarşı 8,1% bahalaşması ehtiyatların avroda olan tərkib hissəsini dollar ifadəsində artırıb.