Bank Of Baku

«DəmirBank» uşaq evində bayram tədbiri keçirib - FOTO

«DəmirBank» uşaq evində bayram tədbiri keçirib - <font color=red>FOTO</font>
# 02 iyun 2011 10:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə paytaxtın Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı Uşaq Evində bayram tədbiri keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə valideyn himayəsindən məhrum olmuş 100-dək uşağa müxtəlif geyimlər, təmizlik vasitələri, oyuncaqlar və digər hədiyyələr təqdim olunub. Daha sonra uşaq-əyləncə məkanında uşaqlar üçün nahar süfrəsi və əyləncəli tədbir təşkil olunub.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR