Bank Of Baku

Azərbaycanda pul bazası ilin əvvəlindən 2,4% azalıb

Azərbaycanda pul bazası ilin əvvəlindən 2,4% azalıb
# 02 iyun 2011 11:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2011-cu ilin iyunun 1-nə 6 244,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin iyunun 1-nə nisbətən bu göstərici 1 232,3 mln. manat və ya 24,6% artıb.

Eyni zamanda, cari ilin əvvəlindən pul bazası 152,2 mln. manat və ya 2,4% azalıb. Azalmanın əsas hissəsi yanvar ayının payına düşüb. Belə ki, yanvarda pul bazası 436,5 mln. manat və ya 6,8% azalıb. Sonrakı aylar ərzində bu azalma müəyyən dərəcədə ödənilib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR