Bank Of Baku

Yüksək gəlirli ailələrin sayına görə ölkələrin reytinqi açıqlanıb

Yüksək gəlirli ailələrin sayına görə ölkələrin reytinqi açıqlanıb
# 02 iyun 2011 11:58 (UTC +04:00)
Bakı - APA-Economics. Yüksək gəlirli ailələrin sayına görə dünya ölkələrinin reytinqi açıqlanıb. “APA-Economics”in xəbərinə görə, “Global Wealth 2011” adlı bu tədqiqat “Boston Consulting Group” (BCG) şirkəti tərəfindən aparılıb.

Gəliri 100 mln. dollardan çox olan ailələrin sayına görə reytinq cədvəlinə ABŞ başçılıq edir. Dünyanın fövqəldövləti sayılan bu ölkədə onların sayı 2692-dir. Sonrakı yerlərdə Almaniya (839) və Səudiyyə Ərəbistanı (826) gəlir. İlk üçlüyü Böyük Britaniya (738) və Rusiya (561) tamamlayır.

Milyonçu (dəyəri 1 mln. dollardan çox olan aktivləri idarə edən) ev təsərrüfatlarının sayına görə də liderlik ABŞ-a məxsusdur - 5,22 mln. İkinci yerdə Yaponiya (1,53 mln.), üçüncü yerdə Çin (1,1 mln.) qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR