Bank Of Baku

«AtaBank» beynəlxalq reytinq almağa hazırlaşır

«AtaBank» beynəlxalq reytinq almağa hazırlaşır
# 02 iyun 2011 12:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC korporativ standartların tətbiqini təkmilləşdirmək və bankın daha da dinamik inkişafını təmin etmək məqsədi ilə 2011-ci ilin sonuna qədər beynəlxalq kredit reytinqi almağı planlaşdırır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank kreditlər, öhdəliklər və risklər üzrə reytinq almağı nəzərdə tutub. Artıq bu məqsədlə bankın Müşahidə Şurası müvafiq qərar qəbul edib və üç beynəlxalq şirkətlə («Fitch Ratings», «Moody’s» və «Standard & Poor’s») danışıqlara başlanılıb.

Qeyd edək ki, bir qayda olaraq beynəlxalq reytinq agentlikləri tərəfindən təşkilat və şirkətlərə verilən reytinqlərin yuxarı həddi ölkə reytinqi ilə məhdudlaşır və bu gün bank bazarında cəmi bir neçə bank beynəlxalq kredit reytinqinə malikdir.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR