Bank Of Baku

«Unileasing» şirkəti yeni istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırıb

«Unileasing» şirkəti yeni istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırıb
# 02 iyun 2011 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unileasing» şirkəti 5 mln. manat həcmində faizli sənədsiz adlı istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Unicapital» şirkətinin anderraytinqliyi ilə mayın 24-də Qiymətli kağızlar üzrə Dövlət Komitəsində (QKDK) qeydiyyatdan keçmiş və 5 min ədəd həcmində olan bütün buraxılış yerləşdirilib.

İstiqrazların dövriyyə müddəti 540 gün, hər birinin nominal dəyəri 1 000 manat, gəlirliyi isə illik 10% təşkil edir. Yerləşdirmədən əldə olunan vəsait korporativ və pərakəndə seqmentlərdə, konkret olaraq, kiçik və orta biznes sahəsində, lizinq portfelinin genişləndirilməsinə yönəldiləcək.

Qeyd edək ki, «Unileasing» ASC-nin istiqrazlarının ilk emissiyası QKDK tərəfindən 2007-ci ilin aprel ayında qeydiyyata alınıb. O zaman emissiyanın həcmi 700 min manat, hər bir istiqrazın nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 14%, dövriyyə müddəti isə 365 gün təşkil edib.

Xatırladaq ki, təsisçisi «UniBank» (66,67%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (33,33%) olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə şirkətin lizinq portfeli 32,292 mln. manat, nizamnamə kapitalı isə 1,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR