Bank Of Baku

Son 8 ildə Azərbaycan başqa ölkələrə 5,7 mlrd. dollar investisiya qoyub

Son 8 ildə Azərbaycan başqa ölkələrə 5,7 mlrd. dollar investisiya qoyub
# 02 iyun 2011 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan iqtisadiyyatına 2003-2010-cu illər ərzində yönəldilmiş 84,3 mlrd. ABŞ dollarının 53,5%-ni və ya 45,1 mlrd. dollarını xarici sərmayələr təşkil edib ki, bunun 2/3 hissəsini birbaşa xarici investisiyalar təşkil edib.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin hazırladığı «2003-2011-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı» hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, investisiyaları cəlb etməklə yanaşı, Azərbaycan, eyni zamanda onları ixrac edən ölkəyə çevrilib və son 8 il ərzində başqa ölkələrə 5,7 mlrd. dollarlıq və ya hər il orta hesabla 711 mln. dollar Azərbaycan sərmayəsi yatırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR