Bank Of Baku

Son 8 ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri və xərcləri 9 dəfədən çox artıb

Son 8 ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri və xərcləri 9 dəfədən çox artıb
# 02 iyun 2011 14:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 8 il ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri əhəmiyyətli şəkildə artıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Resrublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin hazırladığı «2003-2011-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı» hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, təhlil aparılan dövrdə büdcə gəlirlərinin orta artım tempi 40,4%, xərclərinin isə 40,1% təşkil edib: «Dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbəti 2003-cü ildə 17,1%, xərclərinin isə 17,3% təşkil etdiyi halda, 2010-cu ildə müvafiq olaraq 27,4% və 28,3%-ə bərabər olub. Eyni zamanda, 2003-cü illə müqayisədə gəlirlər 9,3 dəfə, xərclər isə 9,5 dəfə artıb».

«Büdcə göstəricilərinin ÜDM-ə nisbəti və əvvəlki dövrlərlə müqayisədə artımı son nəticədə əhalinin maddi rifah halının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının stimullaşdırılmasına xidmət edib», - deyə hesabatda qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR