Bank Of Baku

Azərbaycan parlamentinin İqtisadi siyasət Komitəsi Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini müzakirə edib

Azərbaycan parlamentinin İqtisadi siyasət Komitəsi Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini müzakirə edib
# 02 iyun 2011 15:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi parlamentə prezident İlham Əliyevin imzası ilə daxil olub. Sənəd əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin iclasında müzakirələrdən keçib. Məcəllədə bəzi məsələlərin təkmilləşdirməyə ehtiyacı olduğunu vurğulayan komitə sədri bildirib ki, sənədin 106, 122, 164, 183 maddələrinə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Məcəllənin 106-cı maddəsinə edilən əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin mülkiyyətində olan törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz verilən aktivlərin, o cümlədən digər hüquqi şəxsə əvəzsiz verilmiş əsas vəsaitlərin dəyəri, neft-qaz ehtiyatları ilə bağlı sazişlərə uyğun olaraq əsas fondların, daşınan əmlakın və digər aktivlərin ölkəmizi təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar vergidən azad olunur.

Məcəllənin ödəmə mənbəyində dividentdən vergi tutulmasından bəhs edən 122-ci maddəsinə də əlavələr olunacaq. Əlavədə deyilir: «Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur».

Qanun layihəsinin 183-cü maddəsinə edilən əlavələrdən danışan komitə sədri vurğulayıb ki, aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, aksizi malın sahibi (sifarişçi) ödəyəcək.

Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR