Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığının tətbiqi ilə bağlı konsaltinq xidmətləri üçün keçirdiyi tenderin nəticələrini gələn həftə açıqlayacaq

Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığının tətbiqi ilə bağlı konsaltinq xidmətləri üçün keçirdiyi tenderin nəticələrini gələn həftə açıqlayacaq
# 03 iyun 2011 13:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam bankçılığının tətbiqi ilə bağlı konsaltinq xidmətlərinin göstərilməsinə dair elan etdiyi tenderin nəticələrini gələn həftə açıqlayacaq. «APA-Economics»in xəbərinə görə, bu barədə ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

Onun sözlərinə görə, gələn həftə bankın daxilində tender komissiyasının iştirakı ilə təqdim olunmuş zərflər açılacaq və İslam bankçılığının tətbiqi ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi üzrə ən yaxşı təklif irəli sürən şirkət və ya şirkətlər qrupu müəyyənləşəcək.

Qeyd edək ki, ABB-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 4 696,638 mln. manat, kredit portfeli 2 879,706 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 388,885 mln. manat, depozit portfeli 1 911,060 mln. manat, o cümlədən əmanətlərin həcmi 738,860 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 514,985 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat olub. Bankın ümumi gəlirləri I rüb üzrə 84,591 mln. manat, xərcləri 77,983 mln. manat, mənfəəti 6,608 mln. manat təşkil edib.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR