Bank Of Baku

Azərbaycan hökuməti ƏDV-nin hesablanması ilə bağlı qərar qəbul edib

Azərbaycan hökuməti ƏDV-nin hesablanması ilə bağlı qərar qəbul edib
# 03 iyun 2011 14:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti «Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə» qərarında dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara edilmiş əlavəyə görə, Vergilər Nazirliyi borcları silinən müəssisə və təşkilatlarda kompensasiya məbləği dəyişdiyindən, bu borc məbləği üzrə əlavə dəyər vergisi öhdəliklərinin ləğv edilməsi məqsədi ilə əvvəlki dövrlərdə bəyan edilmiş əlavə dəyər vergisi dövriyyələrində müvafiq dəqiqləşmələri nəzərə almalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR