Bank Of Baku

«Texnikabank» ASC «Forex» xidmətini tətbiq edib

«Texnikabank» ASC «Forex» xidmətini tətbiq edib
# 07 iyun 2011 07:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC «Forex» xidmətinin (www.texnikabankfx.az) tətbiqinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət müştərilərə Azərbaycanın hər yerindən beynəlxalq «Forex» bazarına qatılmaq, gündəlik ticarət dövriyyəsi 4 trln. dollardan çox olan bu maliyyə bazarında ticarət əməliyyatları aparmaq imkanı yaradır.

«Texnikabank»ın təqdim etdiyi «Texnikabank FX» xidməti ilə müxtəlif valyutalarla ticarət apararaq gəlir əldə etmək imkanı verir. «Forex» bazarına etibarlı bank vasitəsi ilə qatılmaq üçün «Texnikabank FX»-də real hesab açmaq kifayətdir. Real hesab beynəlxalq «Forex» bazarına qatılmaq üçün ticarət hesabıdır.

«Forex» bazarında ticarət fəaliyyəti «Texnibank FX» tərəfindən təqdim edilən ticarət terminalı vasitəsi ilə həyata keçirilir. İstifadəsi sadə olan ticarət terminalı zəngin texniki analiz imkanları, dərhal ticarət və gözləmə əmirləri, qaynar xəbərlər və başqa üstünlükləri ilə birja iştirakçılarının sərmayələrini idarə etməkdə ən yaxın tərəfdaşı olacaq.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR