Bank Of Baku

Bakıda CAREC Proqramının yüksək vəzifəli rəsmilərinin növbəti iclası keçirilir

Bakıda CAREC Proqramının yüksək vəzifəli rəsmilərinin növbəti iclası keçirilir
# 07 iyun 2011 12:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iclasa sədrlik edən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri, CAREC Proqramının ölkə üzrə milli əlaqələndiricisi Samir Vəliyev proqram və onun regional əməkdaşlığın inkişafındakı rolu barədə məlumat verib və qeyd edib ki, 3 il əvvəl başlanmış qlobal maliyyə böhranı zamanı proqram bir sıra çətinliklərlə üzləşsə də, ümumilikdə böhran proqramın fəaliyyətini zəiflətməyib: «Proqram çərçivəsində ticarət, nəqliyyat və enerji kimi prioritet sahələrə 15 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb ki, bu investisiyalar region ölkələrində infrastrukturun modernləşdirilməsinə və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib».

CAREC üçün 2011-ci ilin səmərəli olacağını bildirən S.Vəliyev bu günə kimi proqram çərçivəsində qazanılmış nailiyyətlərin və əldə edilmiş təcrübənin növbəti onillikdə proqramın yeni mərhələyə qədəm qoyması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlığın daha da genişlənməsi üçün faydalı olacağını bildirib.

İclas çərçivəsində CAREC Proqramının 10 illiyinə həsr edilmiş tədbirlər, proqramın 2011-ci il üçün iş planı və digər məsələlər müzakirə olunub.

Sabah, tədbirin ikinci günündə CAREC-in əsas fəaliyyət sektorlarında görülmüş işlərlə bağlı İqtisadi İnkişaf və Sənaye və Energetika nazirliklərinin nümayəndələri, həmçinin AİB, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun nümayəndələri çıxış edəcəklər. İyunun 9-da Sərhəd xidmətləri üzrə regional təkmilləşdirmə Layihəsinin iclası keçiriləcək.

Xatırladaq ki, CAREC Proqramı 2001-ci ildə AİB tərəfindən nəqliyyat, enerji, ticarət, gömrük və digər sahələrdə regional əməkdaşlığın dəstəklənməsi vasitəsilə üzv ölkələrdə iqtisadi artımın və həyat tərzinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR